Simsar.az | bizi özünüzə Simsar bilin
Əsəd Türkiyənin də cavabını verdi

"Heç bir ölkənin Suriyanın verəcəyi qərara müdaxilə etməsinə icazə vermərik"

Simsar.az-ın NTV-ə istinadən verdiyi xəbərə görə, bu sözləri Suriya prezidenti Bəşər Əsəd Suriya dövlət televiziyasında qonağı olduğu bir verilişdə deyib. 

O, Türkiyədə Suriyadakı hadisələrlə bağlı verilən açıqlamalara da toxunub: ”Türkiyə səlahiyyətlilərinin etdiyi açıqlamaların əsl niyyətini bilmirik. Allah insanların niyyətini daha yaxşı bilir. Bununla bağlı bir neçə ehtimal var. Bəlkə də önəm verdikləri üçündür. Əgər belədirsə biz bunu təqdir edirik. Ola bilsin ki, Suriyada baş verəcək hansısa bir hadisənin Türkiyəyə mənfi təsir göstərə biləcəyindən narahatdırlar. Əlbəttə bu narahatlıq da normaldır. Üçüncü bir ehtimal isə budur ki, kiminsə məsləhəti ilə məsələni öz boynuna götürmək niyyəti ola bilər. Bu son məsələni heç bir ölkədən qətiyyən qəbul etmirik. Əlbəttə ki biz Türkiyənin niyyətini bilmirik. Onlar da hər niyyətin özünə uyğun üslubu olduğunu bilirlər”.

22 Avqust, 2011  19:17 Baxılıb: 890

Bu bölmədə