Simsar.az | bizi özünüzə Simsar bilin
Qəddafi Keniyaya qaçdı

Obamanın həmvətənləri onu mühafizə edirlər

Liviya üsyançıları ölkə lideri Müəmmər Qəzzafinin son qalası olan paytaxt Tripoliyə girdikdən sonra “Cəmahiriyyə” liderinin taleyi haqqında ziddiyətli məlumatlar yayılır.

Bir sıra mənbələr M.Qəzzafinin hələ də Tripolidə olduğunu deyirlər.

24saat.az-ın məlumatına görə, İsrailin xüsusi xidmət orqanlarına yaxınlığı ilə seçilən “Debka” saytı M.Qəzzafinin Keniyaya qaçdığı haqqında xəbər yayıb. Saytın məlumatına əsasən, bu səhər onu paytaxt Nayrobi hava limanında Kenya rəsmiləri qarşılayıblar.

Qeyd edək ki, Liviya üsyançılarının Tripoliyə hücumu avqustun 20-də başlayıb. NATO qüvvələri ilə koordinasiya olunmuş əməliyyatda 1000-dən çox adamın öldüyü bildirilir.

Liviyada xalq üsyanı fvralın ortalarında başlayıb. Əsas tələb 1969-cu ildən hakimiyyət başında olan M.Qəzzafinin istefasıdır. Qanlı qarşıdurmalarla müşayiət olunan xalq hərəkatında müxaifətə beynəlxalq birlik, o cümlədən NATO qüvvələri dəstək versə də, Müəmmər Qəzzafi təslim olmaq istəməyib. Son olaylara qədər minlərlə liviyalı həlak olmuş, 650 min nəfər ölkəni tərk etmiş, 350 min şəxs evini itirmişdi.

22 Avqust, 2011  18:35 Baxılıb: 1005

Bu bölmədə