Simsar.az | bizi özünüzə Simsar bilin
İranda çanaq antenası istifadəçilər 5500 dollar cərimə olunur

Fars rejimi Türkiyə seriallarının ölkədə geniş yayılmasından ciddi narahatdılar

Iranda polislər başda Türk filmləri olmaqla, fars mədəniyyəti ilə uzlaşmayan filmlərin yayımını dayandırmaq üçün peyk antenalarını sökməkdə davam edirlər.

Simsar.az Türkiyənin “Vətən” qəzetinə istinadən bildirir ki, Qərb mədəniyyətinin nümunələri olan saç kəsimi, makiyaj, evdə heyvanların saxlanılması hətta mətbəx verilişləri belə İran mədəniyyətinə zidd kimi qələmə verilir.

1994-cü ildən bu yana İranın əxlaq polisi telekanalların fəaliyyətinə ciddi nəzarət edir.

Amma yerli əhali xarici filmləri, o cümlədən Türkiyə serallarını sevə-sevə izləyirdilər. Türkiyənin “Yabancı Damat”, “Aşk-ı Memnu “ və “Gümüş” serialları İranda olduqca populyardılar.

İran səlahiyyətliləri hesab edirlər ki, bu cür filmlər həmçinin siyasi mahiyyət daşıyır. Yəni filmləri ilə telekanalları bəzəyən Türkiyə ərəb, müsəlman dünyasında mövqeyini gücləndirmək istəyir.

İranlılar çanaq antenalarını gizli yerlərdə saxlamaqla xarici filmləri seyr etməkdə davam edirdilər. Amma bu günlərdə İranın əxlaq polisi genişmiqyaslı əməliyyat apararaq gizli yerlərdəki antenaları da tapıb müsadirə edib.

Evindən canaq antenaları tapılan iranlılar isə 5500 dollar cərimə olunublar.

RAMİL

22 Avqust, 2011  17:32 Baxılıb: 983

Bu bölmədə