Simsar.az | bizi özünüzə Simsar bilin
SƏFƏR ƏBİYEV HÜLUSİ KILICI QƏBUL EDİB

Türkiyənin yeni hərbi attaşesi Səfər Əbiyevə təqdim olunub

Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Səfər Əbiyev bu gün Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Hülusi Kılıcı qəbul edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüş zamanı Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq məsələlərinin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Səfir Hülusi Kılıc Türkiyə Respublikası Silahlı Qüvvələrinin Azərbaycana yeni təyin olnmuş hərbi attaşesi, briqada generalı Yüçel Karaüzü müdafiə naziri Səfər Əbiyevə təqdim edib.

ANS

22 Avqust, 2011  17:32 Baxılıb: 874

Bu bölmədə