Simsar.az | bizi özünüzə Simsar bilin
Gülbən Ərgən həyat yoldaşına ismarıc göndərib

Müğənni susqunluğunu yeni mahnısıyla pozub

Türkiyəli müğənni Gülbən Ərgən boşanma ərəfəsində olduğu həyat yoldaşı Mustafa Ərdoğana oxuduğu mahnı ilə ismarıc göndərib.

Simsar.az saytının yazete.com-a istinadən verdiyi xəbərə görə,
7 illik həyat yoldaşı Mustafa Ərdoğana, onu aldatdığı iddiası ilə boşanma qərarı verib. Mətbuata baş verənlərlə bağlı açıqlama verməyən müğənni susqunluğunu yeni albomu ilə pozub.

"Uyumuyor ağrılar çəkirəm, o səhvi etdin Yapalı!" "Təəssüf bu qədər ilə, təəssüf verdiklərimiz", "İstəməm səndə qalsın, mənə bir şey ödəmə" kimi sözlər ehtiva edən mahnı, M.Ərdoğana ismarıc kimi dəyərləndirlib.

2004- cü il, sentyabrın 5-i nikah masasına oturan, Atlas, Ares və Cənub adlı üç övladları olan G.Ərgən ilə M.Ərdoğan 2011-ci il, sentyabrın 30-u tarixində məhkəmədə hakim qarşısına çıxacaqlar.

Aynurə

22 Avqust, 2011  16:21 Baxılıb: 1332

Bu bölmədə