Simsar.az | bizi özünüzə Simsar bilin
Rusiyadan ABŞ-a dəmiryolu çəkilir

Berinq boğazının altından tikiləcək tunel 99 milyarda başa gələcək

Rusiya rəhbərliyi Asiya qitəsini Bering boğazının altından Şimal Amerika qitəsinə bağlayacaq bir qatar yolu tuneli layihəsi üzərində işə başlayıb.


Bu barədə Türkiyə mediasında xəbər gedib. Ötən həftə RF prezidenti Dimitri Medvedevin Rusiyanın Uzaq Şərq Federal nümayəndəsinin köməkçisi Aleksandr Levintal tərəfindən açıqlanan layihə 106 kilometrlik bir dənizaltı tuneli ilə Trans-Sibir dəmiryolunu Alyaskaya bağlamağı məqsəd qoyur.

Texniki olaraq mümkün görünən proyektin təxminən 99 milyard dollara başa gələcəyi nəzərdə tutulur. Lazımlı xüsusi sərmayə qaynağının təmin edilməsi halında layihə 15 il içərisində tamamlanacaq. Rusiyanın Bering boğazına bir tunel tikmə planı ilk dəfə 1905-ci ildə Rusiya çarı Nikolay Romanov tərəfindən ortaya atılıb.

Rusiya rəhbərliyi tunelin işə başlaması ilə dünya yük nəqliyyatının ən azı yüzdə üçü buradan keçəcək. Layihənin Rusiya, ABŞ və Kanada tərəfindən ortaq icra edilməsi planlaşdırılır. Tunelin açılmasıyla Londondan Nyu-Yorka qatarla gedilməsi mümkün olacaq.

22 Avqust, 2011  16:13 Baxılıb: 976

Bu bölmədə