Simsar.az | bizi özünüzə Simsar bilin
Qəddafinin sonu çatdı

Üsyançılar diktatorun oğlunu həbs edib

Liviya üsyançıları ölkə lideri Müəmmər Qəzzafinin son qalası olan paytaxt Tripoliyə girib. Avqustun 22-si səhər saatlarına olan məlumata görə, hazırda hökumət qüvvələrinin əlində Müəmmər Qəzzafinin rezidensiyası yerləşən Bab əl-Əziziyə məntəqəsi qalır. Paytaxtın bəzi bölgələrində də döyüşlərin davam etdiyi bildirilir.


Simsar.az saytı xəbər verir ki, üsyançılar Müəmmər Qəzzafinin oğulları Məhəmməd Qəzzafi və Seyfülislam Qəzzafini həbs ediblər. Müxalifət rəhbərliyi onların təhlükəsizliyinin təmin olunduğunu açıqlayıb. Müəmmər Qəzzafinin özünün taleyi haqda dəqiq məlumat yoxdur. 

Son hadisələrə münasibət açıqlayan ABŞ prezidenti Barak Obama Müəmmər Qəzzafini məğlubiyyətlə barışmağa, daha artıq qan tökülməməsi üçün hakimiyyətdən əl çəkdiyini elan etməyə çağırıb. ABŞ lideri üsyançılara da müraciət edərək qırğınlara yol verməməyi, vətəndaş hüquqlarını və demokratiya prinsiplərini qorumağı məsləhət görüb.

Liviya üsyançılarının Tripoliyə hücumu avqustun 20-də başlayıb. NATO qüvvələri ilə koordinasiya olunmuş əməliyyatda 1000-dən çox adamın öldüyü bildirilir.

Liviyada xalq üsyanı fvralın ortalarında başlayıb. Əsas tələb 1969-cu ildən hakimiyyət başında olan Müəmmər Qəzzafinin istefasıdır. Qanlı qarşıdurmalarla müşayiət olunan xalq hərəkatında müxalifətə beynəlxalq birlik, o cümlədən NATO qüvvələri dəstək versə də, Müəmmər Qəzzafi təslim olmaq istəməyib. Son olaylara qədər minlərlə liviyalı həlak olmuş, 650 min nəfər ölkəni tərk etmiş, 350 min şəxs evini itirmişdi.

22 Avqust, 2011  16:09 Baxılıb: 942

Bu bölmədə