Simsar.az | bizi özünüzə Simsar bilin
ƏRDOĞAN İBRAHİM TATLISƏSİ ZİYARƏT EDİB

Xatırladaq ki, İbrahim Tatlısəs bu il mart ayının 14-də silahlı hücuma məruz qalaraq başından ağır yaralanmışdı.

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan məruz qaldığı silahlı hücum nəticəsində ağır yaralanan və müalicəsi davam edən məşhur müğənni İbrahim Tatlısəsi xəstəxanada ziyarət edib. Tərəflər arasında mətbuata qapalı keçiriliən 45 dəqiqəlik görüşdə sadəcə rəsmi “Anadolu” agentliyinin (AA) foto-müxbiri iştirak edib. Görüşdən sonra Tatlısəsin baş nazirlə çəkilmiş son şəkilləri jurnalistlər vasitəsilə ölkə ictimaiyyəti ilə paylaşılıb.

Qeyd edək ki, görüşdən sonra İbrahim Tatlısəs müalicəsinin davamı üçün xüsusi təyyarəsi ilə Almaniyaya yola düşüb.

Xatırladaq ki, İbrahim Tatlısəs bu il mart ayının 14-də silahlı hücuma məruz qalaraq başından ağır yaralanmışdı. Müğənninin müalicəsi isə hal-hazırda da davam edir.

22 Avqust, 2011  15:15 Baxılıb: 1155

Bu bölmədə