Simsar.az | bizi özünüzə Simsar bilin
FABREQAS: “XAVİ İLƏ RƏQABƏT APARMAĞA GƏLMƏMİŞƏM”

Barselonanın yeni transferi olan Sesk Fabreqas müsahibəsi zamanı maraqlı açıqlamalar verib.

Katalon təmsilçisinin Arsenaldan transfer etdiyi ulduz futbolçu Sesk FAbreqas verdiyi müsahibə zamanı maraqlı fikirlər səsləndirib. Klubun rəsmi internet səhifəsinə açıqlamalar verən ulduz futbolçu: “Xavinin futoldan ayrılmasından sonra, onun yerini tutmaq üçün gəlməmişəm. O hələ bir neçə il də oynayacaq. Xavi ilə rəqabət aparmaq üçün yox, onunla birlikdə daha böyük uğurlar qazanmaq üçün gəlmişəm. Xavi, İnyesta, Tiaqo və mənim böyük dörtlük olacağımıza inanıram.” sözlərini söyləyib.

22 Avqust, 2011  15:03 Baxılıb: 1005

Bu bölmədə