Simsar.az | bizi özünüzə Simsar bilin
XİN-dən Ermənistana sərt cavab

Azərbaycan torpaqlarının işğalının davam etdirilməsinə çağıran Ermənistan Prezidenti yenə də təhrif metoduna əl atır

“Ermənistan Prezidenti Serj Sarkisyanın son bəyanatları “Praqa prosesi” ilə başlanmış və “yenilənmiş Madrid prinsiplərinə” dək məsafə qət eləmiş Ermənistan- Azərbaycan - Dağlıq Qarabağ münaqişəsinin həllinə dair əldə edilmiş razılıqlara son qoymaq istədiyini göstərir.”

Bu barədə APA-ya Azərbaycan XİN-in mətbuat xidmətinin birinci katib Elman Abdullayev Ermənistan prezidenti Serj Sarkisyanın Dağlıq Qarabağın müstəqiliyinin tanınması vacibliyini vurğulayan çıxışına münasibət bildirərkən deyib.

“Azərbaycan torpaqlarının işğalının davam etdirilməsinə çağıran Ermənistan Prezidenti yenə də təhrif metoduna əl atır. Öz xalqını barış yerinə daha da radikallaşmağa çağıran Sarkisyan həmsədr ölkələrin prezidentlərinin bəyanatlarında səsləndirilmiş prinsiplərin tam əksini edir və bununla da əsl siyasət və niyyətini bəlli edir, bir daha sübut edir ki, o sülh axtarışı yolunda deyil, tutduğu qeyri-konstruktiv mövqedən dönmək istəmir.”- deyə, Azərbaycan XİN-in rəsmisi bildirib.

Xatırladaq ki, Ermənistan prezidenti Serj Sarksyan bu həftə çıxış edərək, Dağlıq Qarabağın müstəqiliyinin tanınmasının vacibliyini vurğulayıb.

22 Avqust, 2011  00:03 Baxılıb: 997

Bu bölmədə