Simsar.az | bizi özünüzə Simsar bilin
MƏŞHUR TÜRK MÜĞƏNNİ HƏMKARLARINI "YIXDI-SÜRÜDÜ"

"Radioya qulaq asırsan - 10 mahnı bir-birinə bənzəyir".

Türkiyənin məşhur pop-müğənnisi Bendeniz həyatında ciddi dəyişikliklər etmək istəyir.

Adının əslində Dəniz olduğunu deyən müğənninin sözlərinə görə, 39 yaşına çatmasına rəğmən, ana olmaq istəyir. Bir vaxtlar həddən ziyadə populyar olan, indisə yaradıcılığında durğunluq dövrünü yaşayan Bendenizin sözlərinə görə, artıq məşhurluqdan doyub.

"Hər şeydən bezdim və rahat qalmaq istədim. O rahatlıq nəticəsində hətta kökəldim də. Radioya qulaq asırsan - 10 mahnı bir-birinə bənzəyir. Hər şey 10 aranjmançının ətrafında fırlanır, eyni akkordlarla 50 mahnı yazılır. Biabırçılıqdır bu. Məsələn, Demet Akalın və ya Bengü kimiləri oxumaq əvəzinə, sussalar, daha yaxşıdır. Halbuki Teoman kimi əsl sənətkar "Dayanmaq istəyirəm" deyərək kənara çəkilir", - müğənni deyib.

20 Avqust, 2011  22:37 Baxılıb: 1127

Bu bölmədə