Simsar.az | bizi özünüzə Simsar bilin
MATA ÇELSİ YOLUNDA

Transfer fəaliyyətlərini davam etdirən Çelsi daha bir ulduz futbolçunu heyətinə cəlb etməyə hazırlaşır.

Transfer pəncərəsinin bağlanmasına az bir müddət qalmış Avropa klubları heyətlərini yeni futbolçularla gücləndirməyə davam edirlər. Premyer Liqanın güclü təmsilçilərindən olan Çelsi klubu transfer fəaliyyətləri çərçivəsində Valensiyanın gənc ulduzu Xuan Matanı heyətinə cəlb etmək üçün fəaliyyətlərə başlayıb. Artıq verilən son məlumatlara görə, artıq Çelsi Valensiya ilə razılığa gəlib. Zadəganlar bu transfer qarşılığında ispan klubuna 30 milyon avro ödəyəcəyi də yayılan xəbərlər arasındadır.

Xatırladaq ki, Matanı daha əvvəl digər ingilis klubu Arsenal da transfer etməyi planaşdırırdı. Amma daha sonra Venqerin hu transferdən imtina etməsi Matanın Arsenalın heyətinə cəlb olunmasına mane olmuşdu.

20 Avqust, 2011  20:24 Baxılıb: 1044

Bu bölmədə