Simsar.az | bizi özünüzə Simsar bilin
Yüksək vəzifəli hərbçilər həbs olundu

“Çəkic Planı” ilə bağlı 2 admiral və 3 polkovnik həbs olunub, 1 polkovnik sərbəst buraxılıb

Türkiyədə dövlət çevrilişi etmək istəyən hərbçilər tərəfindən hazırlandığı iddia olunan “Çəkic Planı” ilə bağlı aparılan istintaq çərçivəsində növbəti həbs dalğası başlayıb. Simsar.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, xüsusi səlahiyyətli İstanbul prokuroru Hüseyn Ayar admirallar Şafak Yürekli və Osman Kayalar, polkovniklər Erhan Şensoy, Cem Okyay, Aşkın Öztürk və Gürsel Çaypınarın ifadələrini alıb. 

Prokuror bu şəxslərin həbsini istəyib və onlar İstanbul Məhkəməsinə çıxarılıblar. Məhkəmə polkovnik Aşkın Öztürkü sərbəst buraxıb, digər 5 hərbçinin isə həbsi barədə qərar verib.

20 Avqust, 2011  19:13 Baxılıb: 1006

Bu bölmədə