Simsar.az | bizi özünüzə Simsar bilin
ANKARANIN İSRAİLƏ QARŞI 7 MƏRHƏLƏLİ B PLANI

BMT-nin "Mavi Mərmərə" hesabatını açıqlayacağı avqustunun 23-də İsrail üzr istəməsə, pis olacaq. Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın dediyi 7 mərhələli "B Planı" işə düşəcək

İsrailin, 9 türk vətəndaşının ölümünə səbəb olan "Mavi Mərmərə" basqını ilə laqədar BMT Hesabatı avqustun 23-ü açıqlanacaq.

Türkiyə hesabatdan ya əvvəlcə, ya da dərhal sonra İsrailin üzr istəməsini, təzminat ödəməsini və Qəzzanı mühasirədən azad etməsini istəyir. Ancaq İsraildən gələn son açıqlamalar bu ehtimalı zəiflədib. Türkiyə tələbləri yerinə yetirilməsə, baş nazir Ərdoğanın qeyd etdiyi kimi "B Planı"na keçəcək.

Türkiyə mətbuatında yayılan xəbərə görə "B Planı"nın detalları belədir:

1) MƏSLƏHƏTGÜZAR QAYIDACAQ
Əvvəlcə səfirini geri çağıran Türkiyə, İsraildə məsləhətgüzar səviyyəsində təmsil edilir. Məsləhətgüzar Tolqa Uncunun fərmanı ilə mərkəzə köçəcək. Əgər üzr istənilməsə Unçu, Türkiyəyə gələcək və yerinə heç kim təyin edilməyəcək. Beləcə, diplomatik əlaqələr "yox" səviyyəsinə enəcək.

2) İSRAİL SƏFİRİNƏ VİZA VERİLMƏYƏCƏK
İsrailin Ankara səfiri Qabby Levyinin vəzifə müddəti sentyabr ayında sona çatır. Türkiyə yeni İsrail səfirini qəbul etməyəcək, ya da İsrailə səfir göndərməyəcək.

3) ƏRDOĞAN QƏZZAYA GEDƏCƏK
Üzr gəlməsə, Ərdoğan sentyabr ayında Qəzzaya gedəcək.

4) İSRAİLƏ QARŞI İDDİA DƏSTƏKLƏNƏCƏK
"Mavi Marmərə" qurbanları israilli əsgərlərə və hökumət rəsmilərinə iddia açacaq. Xarici işlər nazirliyi də iddialara hüquqi dəstək verəcək. İsrailə qarşı həm maddi, həm də mənəvi işlər aparılacaq.

5) FƏLƏSTİNƏ TAM DƏSTƏK
Türkiyə, Fələstinin BMT üzvlüyü üçün tam dəstək verərək, lobbiçilik edəcək. İsrail isə bütün beynəlxalq platformalarda tək qalacaq.

6) HƏRBİ ƏMƏKDAŞLIQ BİTƏCƏK
Türkiyə, İsraili hər il "Anadolu Qartalı" və "Etibarlı Dəniz Qızı" manevrlərinə dəvət edirdi. Bundan sonra Türkiyə, heç bir manevrə İsraili dəvət etməyərək hərbi əməkdaşlığına son qoyacaq. Türkiyə ilə İsrailin müdafiə sənayesi sahəsindəki əməkdaşlığı ali səviyyədə idi. Bundan sonra yeni proyekt qəbul olunmayacaq.

7) TİCARİ SANKSİYA
Türkiyə, İsrail ilə iqtisadi əlaqələrini məhdudlaşdıracaq. Mədəni və ictimai əlaqələr də ən aşağı səviyyəyə enəcək.

20 Avqust, 2011  18:57 Baxılıb: 962

Bu bölmədə