Simsar.az | bizi özünüzə Simsar bilin
Türkiyənin məşhur aktyoru sevgilisi ilə yenidən barışıb

Cütlük hamının gözü önündə açıq- saçıq hərəkətlər ediblər

Türkiyəli aktyor Nejat İşlər sevgilisi Berrak Tüzünataçla yenidən barışıb.

Simsar.az saytının haberturk.com-a istinadən verdiyi xəbərə görə, cütlük sevgi münasibətlərinə dəfələrlə son qoysalar da, yenidən barışıblar.

Bu günə qədər bir neçə dəfə ayrılıb barışan Berrak Tüzünataç ilə Nejat İşler münasibətlərinə qaldığı yerdən davam ediblər. Hər iki tərəf şəxsi həyatlarının gündəmə gəlməsini istəmədiyi üçün yaz tətilini sakit bir yerdə keçirməyə qərar veriblər. Ancaq sakit bir diyar seçmələri işə yaramayıb. Sürpriz “buluşma” çox keçmədən ortaya çıxıb.

Gündüzləri baş-başa dənizdə günəşlənən cütlük, İşlərin özünə məxsus Üzüm Kızı adlı mekanda olublar. Məkanda olan insanlara məhəl qoymayaraq, onlar hamının gözü önündə öpüşüb, rəqs edib. Bu da orada istirahət edənlərin marağına səbəb olub.

Aynurə

20 Avqust, 2011  18:21 Baxılıb: 1170

Bu bölmədə