Simsar.az | bizi özünüzə Simsar bilin
Ən zəngin məşhur cütlüklər

"Forbes" yeni siyahısını açıqlayıb

"Forbes" jurnalı yenidən hamının diqqətini cəlb edən açıqlamaları ilə gündəmə gəlib. Jurnal bu dəfə dünyanın ən zəngin məşhur cütlüklərinin siyashını təqdim edib.

Siyahının birinci cütlüyü Jizel Bundhen və Tom Bredi seçilib. Model və həyat yoldaşının- Amerika futbolçusu il əzrində birgə qazanclarının həcmi 76 milyon dollar təşkil edib. Bundhenin ailə büdcəsindəki əmanəti 45 milyon dollar olub.

2011-ci ilin reytinqində müğənni Beyons Noulz və onun həyat yoldaşı, reper Jay-Z (əsl adı Şon Kori Karter) qərarlaşıb. Cütlük il ərzində 71 milyon dollar qazanıb. Onların gəlirləri təxminən eyni həədir, sadəcə olaraq Jay-Z-nin qazancı həyat yoldaşının gəlirindən "çox az"-1 milyon dollar artıb olub.

Hollivudun ən məşhur cütlüyü Bred Pitt və Ancelina Colinin birgə büdcəsi 50 milyon dollar təşkil edib və cütlük 3-cü yerə qalxıb.

Ən zəngin tanınmış cütlüklərin reytinqində 4-cü futbolçu Devid Bekhem və onun həyat yoldaşı Viktoriya Bekhem olub. "Forbes"in qiymətləndirməsinə görə Bekhemlərin gəliri 45 milyon dollar təşkil edib ki, onun 40 milyonu Devid Bekhemə, 5 milyonu isə müğənnidən modelyerliyə istiqamət alan Viktoriyanın payına düşüb.

Tanınmış cütlüklərin ilk beşliyini “Alatoran” filminin baş rol ifaçıları Robert Pattinson və Kristen Stüart tamamlayıb. "Forbes" cütlüyün birgə büdcəsinin il ərzində 20 milyon dollar olduğunu hesablayıb.

20 Avqust, 2011  17:58 Baxılıb: 1211

Bu bölmədə