Simsar.az | bizi özünüzə Simsar bilin
Türkiyəli sənətçiləri Somalidə gördüklərindən dəhşətə gəliblər

Onlar hər kəsə Somalilərə yardım etmək üçün səsləniblər

Aclıq və quraqlığın yaşandığı Somaliyə səfər edənlər içərisində Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan, həyat yoldaşı Əminə Ərdoğanla birgə sənətçi Ajda Pekkan, Sertap Erener, Muazzez Ersoy və Nihat Doğan kimi məşhur adlar da var.

Simsar.az saytının haberler.com-istinadən verdiyi xəbərdə görə, Somalidən İstanbula gələn Türkiyəli sənətçilər Atatürk Havalimanında jurnalistlərin suallarını cavablandırıblar.

“Onların dili olacağıq”

Somalidə uşaq, qadın, yaşlı və kişilərin acından öldüyünü dilə gətirən türkiyəli müğənni Ajda Pekkan, onların hüquqlarını qorumaq və onlara kömək etməyin vacibliyindən danışıb: “Somalidə insanlar yaşamaq uğrunda mübarizə aparırlar. Yaxşı ki ora getdik və onları gördük. Buna görə hörmətli baş nazirimizə və qiymətli yoldaşlarımıza təşəkkür edirik. Somalilərin nələr hiss etdiyini canlı- canlı gördük. Onlar üçün nələr etməmiz lazım olduğunu anladıq. Bundan sonar onların dili olacağıq. Türk xalqından onlara daha çox kömək etməyi xahiş edirəm. Oktyabrın 1-i edəcəyimiz konsert zamanı xalqımızın dəstəyini gözləyirik. Bu konsert Somalilərə yardım məqsədilə edilir”.

“İnsanlığımdan utandım”

Somalidə gördüyü mənzərəni jurnalistlər ilə paylaşan müğənni Sertap Erənər isə heyrət içindədir: "Söylənəcək bir şey yoxdur. Orada yaşadıqlarımızı izah etmək çox çətindir. Onları gördüyüm zaman öz insanlığımdan utandım. Yaxşı ki ora getdik. Çox təsirləndim və onlar üçün şox şey etmək lazım olduğunu bilirəm."

Somalidə insanların düşə biləcəyi ən dəhşətli vəziyyəti gördüyünü ifadə edən Dəmir Dəmirkan isə bunları söyləyib:
"Statistikaya görə Somalidə təəssüf ki, iki uşaqdan biri ölür. Bu acı bir gerçəkdir. Orada birgə gözəl vaxt keçirdiyim bir uşaq 15 dəqiqə sonra öldü. Bu çox dəhşətli bir vəziyyətdir. Şəkillər çəkərkən, gözlərim yaşarırdı”.

Aynurə

20 Avqust, 2011  17:06 Baxılıb: 1079

Bu bölmədə