Simsar.az | bizi özünüzə Simsar bilin
Türkiyənin Somaliyə yardımı davam edir

Baş nazir Ərdoğan bir çox iş adamlarına ismarıc göndərib

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Somaliyə yardım mövzusunda bir çoxlarına ismarıc göndərib.

Simsar.az saytının haberler.com-a istinadən verdiyi xəbərə görə, baş nazir bəzilərinin Somaliyə yardım etmək əvəzinə, baş bulanıqlığı içərisində olduğunu bildirib: "Sevgili millətimə bunu xüsusilə xatırlatmaq istəyirəm. Somalini görmədən, buranın qiyməti aydın olmaz, bunu bilmələri lazımdır”.

Təxminən 5,6 saatlıq səfərdən sonra Türkiyəyə dönən Ərdoğan, Somalidə xalqın həyat şəklini, həyat tərzini şəxsən görmənin, yaşamanın necə olduğunu ifadə edib: “Somalidə bir deyil, on deyil, yüzlərlə, minlərlə uşaq ölür. Bu baş verənlər inanıram ki, Türkiyə olaraq bizim məsuliyyətimizi daha da artıracaq. Mən buradan millətimə, xeyir sevənlərə bunu xatırlatmaq istəyirəm”

Səhiyyə Nazirliyi olaraq ilk hədəflərinin bu bölgədə 6 ədəd səhra xəstəxanası qurmaq olduğunu dilə gətirən baş nazir, bir səhra xəstəxanasının qurulduğunu, digərlərinin də qurulacağını deyib.

Ərdoğan, bölgədə bəzi mexaniki ehtiyacların da olduğunu dilə gətirərək, sözlərini belə davam etdirib: "Heyvanların özləri kəsilib, amma sümükləri insanların yaşadığı ərazidə toplanıb qalıb. Bu yerlər şəhərin xarici deyil, şəhərin ortasıdır. Və uşaqlar onlarla birlikdə sanki böyüyürlər. Burada insan sağlamlığından bəhs edə bilərsinizmi? Hər tərəf mikrobla doludur. Biz ora sümükləri yandıracaq soba və səyyar sobalar göndərməliyik. . Somaliyə gedən gəmilərlə ilk olaraq bunları göndərəcəyik. Artıq hər gün yeməkləri sobada bişsin, bu çadır düşərgələri də isti yeməyə qovuşsun istəyirik”.

Dövlət olaraq Somalinin yanında olduğunu ifadə edən baş nazir Ərdoğan, bu bölgəyə Türkiyə gəmilərinin davamlı şəkildə hər cür vasitə, vəsait, qida daşıdığını bildirib: “50 min ton buğdamızı, şəkəri Somaliyə nəql edirik. Həmçinin 3 təcili yardım maşını, Mogadişu Bələdiyəsinə iş maşınları, zibil maşınları göndəririk. Çünki orada qorxunc şəkildə pis, mikrobik bir mühit hökm sürür. Bu gün bizimlə birlikdə olan iş adamları, iş qadınları və sənətçilərimizə təşəkkür edirəm”.

Aynurə

20 Avqust, 2011  16:42 Baxılıb: 971

Bu bölmədə