Simsar.az | bizi özünüzə Simsar bilin
«Real»ı üç futbolçumuzu transfer etmək istəyib

Tərlan Quliyev, Araz Abdullayev və Qara Qarayevin «Kral Klubu»na keçidi niyə baş tutmayıb?

Milli komandamızın üç üzvü Madrid «Real»ına transfer oluna bilərmiş. Bu barədə Fanat.az-a «Neftçi»nin futbolçusu Tərlan Quliyev məlumat verib.
Tərlan bildirib ki, üç ilə əvvəl «Kral Klubu» onunla yanaşı, Araz Abdullayev və Qara Qarayevi heyətinə qatmaq istəyib: «U-17-nin heyətində «Real»la yoldaşlıq oyunu keçirdik və 3:2 hesabı ilə qalib gəldik. Həmin vaxt İspaniya yığmasının kapitanı olmuş Yerro komandada menecer işləyirdi. Məni, Araz Abdullayevi və Qara Qarayevi bəyənmişdi. Üçümüzü də transfer etmək istəyirdilər. Hətta bu barədə komandamızın rəhbərliyi ilə də danışmışdılar».
Lakin məlum olmayan səbəblərdən transferlər baş tutmayıb: «Avropa çempionatının birinci mərhələsini uğurla keçdik. İkinci mərhələdə isə Hollandiyaya 0:1 hesabı ilə uduzsaq da, yaxşı oynadıq. Həmin oyundan sonra da «Real»ın nümayəndələri ilə söhbətimiz oldu. Oyunumuzdan razı qalmışdılar. Amma Xorvatiyaya qarşılaşmada çox bərbad oynadıq, hətta mən zədə də aldım. Lüksemburqa qarşı da pis oynadıq. Ondan sora nə baş verdisə, bu məsələ bağlandı. Bilmədim bizim rəhbərliklə razılaşa bilmədilər, ya başqa bir şey baş verdi».
Ötən il «Rubin»ə keçidi baş tutmayan 19 yaşlı müdafiəçi son dövrlər əcnəbi klublardan təklif almadığını bildirib.

20 Avqust, 2011  15:16 Baxılıb: 990

Bu bölmədə